Zelenskinin korteji ukraynalıların narazılığına səbəb oldu - Video

Zelenskinin korteji ukraynalıların narazılığına səbəb oldu
Oxunma sayı: 6246

Ukrayna prezidenti Vladimir Zelenskinin korteji üçün nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması sosial şəbəkədə ukraynalı istifadəçilərin narazılığına səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, Aleksandr Qonçarov adlı şəxsə məxsus videoda Zelenski ilə İsrailin Baş Naziri Binyamin Netanyahunun Kiyevin Babiy Yar adlanan ərazisindən qayıdışı zamanı çəkilən görüntülər yer alıb. Onları 20-dən çox nəqliyyat vasitəsi müşahidə edib.  

Videoya sosial şəbəkə istifadəçiləri tərəfindən “Velosiped haradadır?”, “Bu da sizə “xalqın qulluqçusu””, "Ona baxanda bilinir ki, pafoslu insandır" və s. şərhlər yazılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi