Zelenskinin prezident kimi məmurlardan ilk tələbi

zelenskinin-prezident-kimi-memurlardan-ilk-telebi
Oxunma sayı: 2299

Ukranyananın yeni prezidenti Vladimir Zelenski Ali Radada andiçmə mərasimində dövlət məmurları qarşısında maraqlı tələb qoyub.

“Qafqazinfo”nun məlumatına görə, 42 yaşlı prezident bütün yüksək vəzifəli şəxslərdən onun portretini kabinetlərinə asmamağı tələb edib. 

“Çox istərdim ki, kabinetlərinizdə mənim şəkillərim, portretlərim olmasın. Çünki prezident büt deyil, onun portreti isə simvol xarakteri daşımamalıdır. Divarlara uşaqlarınızın şəkillərini asın və verdiyiniz hər qərarda onların gözlərinə baxın”, - deyə Zelenski söyləyib.