Bugünkü valyuta məzənnəsi - Avro düşüb

bugunku-valyuta-mezennesi-
Oxunma sayı: 4254

Azərbaycanda dolların və avronun rəsmi məzənnəsində dəyişiklik olub.

"Qafqazinfo" Mərkəzi Banka istinadən xəbər verir ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5685 manat, avro isə 1,7069 manat təşkil edir.

Qeyd edək ki, dünən Azərbaycanda rəsmi məzənnəyə görə 1 dollar 1.5642 manat, avro isə 1,7072 manat olub.

Xatırladaq ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.