Şəkidə bazar yanır - Video + Yenilənib

sekide-bazar-yanir-
Oxunma sayı: 4457

Şəki şəhərində yerləşən bazarda güclü yanğın başlayıb.

Qafqazinfo” ARB Şəki-yə istinadən xəbər verir ki, səhər saatlarında bazarda başlayan yanğın az müddətdə geniş əraziyə yayılıb. Yanğını söndürmək üçün dərhal hadisə yerinə Şəki DYMH-nin canlı qüvvəsi və texnikası ilə yanaşı Qax və Yevlax rayonlarından da yanğınsöndürənlər cəlb olunub.

Hələ ki, yanğının qarşısını almaq mümkün olmayıb.

Son məlumatlara görə, yanğın 1000 kv.m ərazini əhatə edir. Sahibkarlara küllü miqdarda ziyanın dəydiyi ehtimal olunur.

***

Fövqəladə Hallar Nazirliyi Şəki şəhərində yanan bazarla bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumata görə Şəki şəhərində ümumi sahəsi 2 ha olan “Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteynerləri və 20 ədəd satış piştaxtalarının yanar konstruksiyaları və içərisində olan mallar 1200 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Günel Türksoy