Birinci xanım təndir başında - Foto

-birinci-xanim-tendir-basinda
Oxunma sayı: 4752

Azərbaycanda rəsmi səfərdə olan Çex Respublikası Prezidentinin xanımı İvana Zemanova sentyabrın 15-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.

“Qafqazinfo” xəbər verir ki, qonağın İçərişəhər ilə tanışlığı Qoşa Qala qapısından başlayıb. Kiçik Qala küçəsində gəzinti zamanı Çexiyanın birinci xanımı təndirdə bişirilən çörəyə qonaq edilib.

Sonra qonaq Qız qalası ilə tanış olub. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılan qalada bir neçə il əvvəl konservasiya işləri görülüb. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindr formalı bu tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilidən ibarətdir. Sonda İvana Zemanovaya xatirə hədiyyələri təqdim edilib.

İçərişəhərin abidələri və muzeyləri ilə tanışlıq Çexiyanın birinci xanımında böyük təəssürat doğurub.