Gömrük orqanlarının hüquqları dəyişir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, gömrük prosedurlarına nəzarəti həyata keçirmək, malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsini yoxlamaq, gömrük ərazisində yerləşən iki gömrük orqanı arasında daşınan malların və nəqliyyat vasitələrinin müəyyən olunmuş marşrut və müddətlərdə gömrük müşayiəti altında təyinatı üzrə çatdırılmasını təmin etmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, bu Məcəllənin 19.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək və digər məqsədlər üçün gömrük orqanlarında mobil gömrük bölmələri təşkil etmək gömrük orqanlarının hüquqlarına daxil edilir.
Bundan başqa, xarici ticarət iştirakçısı gömrük borcunu ödəmək öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək də gömrük orqanlarının hüququ olacaq.
Gömrük orqanlarının hüquqlarına əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri və müşahidəçiləri müstəqillik və maraqların toqquşmasının qarşısının alınması tələbləri gözlənilməklə öz fəaliyyətinə cəlb edəcək.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər