12 yaşlı yeniyetmə intihar etdi

12-yasli-yeniyetme-intihar-etdi
Oxunma sayı: 4377

Ucar rayonunda 12 yaşlı yeniyetmə intihar edib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.