14 yaşlı qız hamamda faciəvi şəkildə öldü

14-yasli-qiz-hamamda-facievi-sekilde-oldu
Oxunma sayı: 6511

Sabirabad rayonunda yeniyetmə qız elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün Sabirabad rayonu Azada kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Rüstəmli Əfruzə Fərhad qızını evlərində hamamda təmizlik işləri apararkən elektrik cərəyanı vurub.

Hüquq-mühafizə orqanları araşdırma aparır.