15 mərtəbəli 9 bina eyni anda partladıldı - Fotolar

15-mertebeli-9-bina-eyni-anda-partladildi
Oxunma sayı: 6705

Türkiyədə mərkəzləri Pazarcık və Elbistanda olan 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində 36 mindən çox binanın ciddi ziyan gördüyü Malatya şəhərində 6 minə yaxın bina dağıdılıb.

Şəhərdə azmərtəbəli binalar tikinti texnikası ilə, hündürmərtəbəli binalar isə partlayıcı maddələrin köməyi ilə sökülür.

Yeşilyurt rayonunun Yeşiltəpə məhəlləsində 15 mərtəbəli 9 binanın sökülməsində partlayış üsulundan istifadə edilib.

Mütəxəssis qruplar tərəfindən 1660 kiloqram partlayıcı maddə və 30 min kapsulun istifadə edildiyi, geniş təhlükəsizlik mühafizəsinin təmin edildiyi binalar əmr verildikdən sonra saniyələr ərzində eyni vaxtda dağıdılıb. Dağıntıdan sonra ərazidə yüksək toz buludları əmələ gəlib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən həmin ərazidən görüntüləri təqdim edir: