15 yaşlı Əjdər qəzadan 11 gün sonra öldü

15-yasli-ejder-qezadan-11-gun-sonra-oldu
Oxunma sayı: 1673

Dekabrın 10-da Masallı rayonunda motosikletlə ağır qəza törədən 15 yaşlı oğlan xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Masallı-Köçəkli yolunun Təkdam kəndindən keçən hissəsində 15 yaşlı Əjdər İbrahimovun sürdüyü “İJ” markalı motosiklet mikroavtobusa çırpılıb. Nəticədə yeniyetmə ağır xəsarət alıb və Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tibbi yardıma baxmayaraq 2008-ci il təvəllüdlü Ə.İbrahimov ötən gün vəfat edib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.