Sosial ödəniş alanlar “Sosial tərəfdaş” layihəsi çərçivəsində endirimlərdən faydalana bilərlər

sosial-odenis-alanlar-sosial-terefdas-layihesi-cercivesinde-endirimlerden-faydalana-bilerler
Oxunma sayı: 18232

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Sosial tərəfdaş” layihəsi sosial ödəniş alanları endirimləri ilə sevindirməkdə davam edir.

“Qafqazinfo” xəbər verir ki, pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı alan şəxslər layihəyə qoşulan tərəfdaş şirkətlərə aid mağaza, klinika və restoranların xidmətlərindən istifadə və alış-veriş zamanı sosial ödəniş kartları ilə nağdsız qaydada ödəniş etdikdə onlara 30 faizədək endirim tətbiq olunur.

Endirim təklif edən şirkətlərin siyahısı ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz: https://dsmf.gov.az/az/sosial-terefdas

Ölkənin ən böyük mağazalar şəbəkələrindən olan BazarStoreAl Market layihənin sosial tərəfdaşlarındandır. Bolçeşidli məhsulları ilə müştərilərinə geniş seçim imnkanları yaradan bu supermarketlər şəbəkəsi sosial ödəniş alan şəxslərə endirimlər təklif edir. İstənilən satış nöqtəsindən bazarlıq edib ödənişi sosial ödəniş kartı ilə etməklə endirimdən faydalanmaq olar.

Gənc və yeniyetmələrin, eləcə də övladları, nəvələri ilə maraqlı vaxt keçirmək istəyənlərin üz tutduğu məkanlardan biri də McDonald's-dır. Hazırda ölkə üzrə 20-dən çox restoranı olan, zəngin menyusu ilə seçilən və göstərdiyi xidmət sayəsində çoxsaylı müştəri qazanan bu məkan sosial ödəniş alan şəxsləri də unutmayıb. Burada da qiymətlərdə endirimlər təklif olunur.

Özsüt, Əjdaha dönərAnadolu restoranlar şəbəkəsinin də sosial ödəniş alan şəxslərə endirimləri var. Fərqli məkan, fərqli menyusu ilə seçilən bu restoranlar ləziz təamları, səhər, nahar və şam yeməkləri ilə yanaşı, şirniyyat, eləcə də müxtəlif çeşiddə meyvə şirələri ilə müştərilərinin zövqünü oxşamağa çalışır.

Endirim təklif edən sosial tərəfdaşlardan biri də Baku Electronics mağazasıdır. Ölkənin hər yerində satış nöqtələri olan mağaza müştərilərinə bol çeşiddə elektronika – televizor, soyuducu, kondisioner, telefon, kompüter və digər məişət əşyaları təklif edir. Mağazada satılan bu məişət əşyalarını sosial ödəniş alan şəxslər endirimlə ala bilər.

Novco Group şəbəkəsinə daxil olan 15-ə yaxın brend mağaza da endirimlərlə sosial ödəniş alanların yolunu gözləyir. Qarderobunu yeniləmək istəyənlər endirimlərdən yararlanmaq fürsətini əldən verməmək üçün yolunu buradan salsın.

Sosial ödəniş alan şəxslərə Memorial Klinik 15, Dünyagöz Klinikası isə 14 faiz endirim təklif edir. Səhhətində və görmə qabliyyətində problem yaranan sosial ödəniş alan şəxslər düzgün müayinə və müalicə kursu keçib endirimdən faydalanmaq istəyirlərsə, bu klinikalara üz tutsunlar.

Eynək və linzaya ehtiyac olanlara isə Fokus Optika-nı seçmək tövsiyə olunur. Çünki burada da sosial ödəniş alan şəxslərə endirimlər təklif olunur.

“Sosial tərəfdaş” layihəsinə qoşulmaq istəyən şirkətlər (+994) 10-712-73-12 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.