Rusiya ukraynalı eks-nazirləri axtarışa verdi

rusiya-ukraynali-eks-nazirleri-axtarisa-verdi
Oxunma sayı: 1254

Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov və sabiq informasiya siyasəti naziri Yuriy Steçi axtarışa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Kommersant” yayıb. 

Ukraynalı eks-nazirlərin hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb. 

Xatırladaq ki, Arsen Avakov 2014-2021-ci illərdə Ukrayna DİN-ə başçılıq edib. Bundan əvvəl isə Ali Radanın deputatı və Xarkov vilayət administrasiyasının rəhbəri olub. Yuriy Steç isə 2014-2019-cu illərdə informasiya siyasəti naziri olaraq fəaliyyət göstərib. Bu vəzifədən əvvəl isə Ali Radanın deputatı olub.