Almaniyada futbol matçı zamanı iğtişaş - 155 polis xəsarət aldı

almaniyada-futbol-matci-zamani-igtisas
Oxunma sayı: 2763

Bu gün futbol üzrə Almaniyanın Regionla Liqasında Berlin təmsilçisi “Dinamo” ilə Kottbusun “Energie” komandaları arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə RBB məlumat yayıb.

Bildirilib ki, görüşdə komandanın azarkeşləri arasında iğtişaş baş verib. Nəticədə 74 nəfər saxlanılıb.

Hadisə zamanı 155 polisin xəsarət aldığı qeyd olunub.

Qeyd edək ki, oyun “Energie”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.