15 yaşlı yeniyetmənin faciəvi ölümü... - Video

15-yasli-yeniyetmenin-facievi-olumu
Oxunma sayı: 7445

Lənkəranın “Kiçik Bazar” ərazisində, Xəzər dənizində Göyşaban kənd sakini 15 yaşlı İslamzadə Elmar Eldar oğlu boğulub.

QafqazinfoRegion TV-yə istinadən xəbər verir ki, hadisə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Məntəqəsinin yaxınlığında baş verib. Həmyaşıdları ilə birlikdə dənizdə çimən yeniyetmə qəfildən boğulmağa başlayıb. Dalğaların güclü olması səbəbindən yaxınlıqdakılar onu çıxara bilməyib.

Dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib və hazırda nazirliyin Dövlət Sularda Xilasetmə Dəstəsinin dalğıcları Elmar İslamzadənin axtarışlarını həyata keçirir. Hələlik onun meyitini aşkar etmək mümkün olmayıb.

Bu, son bir həftə ərzində Lənkəranda baş verən ikinci boğulma faktıdır.