16 yaşlı oğlanı maşınla vurub öldürdü - Video

16-yasli-oglani-masinla-vurub-oldurdu
Oxunma sayı: 4731

Bakıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyadanı vurub.

Nəticədə 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, hadisə piyada keçidinin üzərində baş verib.

Qəza zamanı yeniyetməninin əmisi göz yaşlarını saxlaya bilməyib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.