Cənubi Koreyada kiçik bir şəhər 17 ildən sonra ilk körpəsini qarşılayıb.
“Qafqazinfo” “Good News Network”a istinadən xəbər verir ki, bu, Hongseong qraflığının Unha-myeon şəhərciyidir.
Belə ki, burada martın 19-da oğlan uşağı dünyaya gəlib. Hətta yeni doğulan körpənin şərəfinə mərkəzi küçədə təbrik banneri də yerləşdirilib. Yerli hakimiyyət orqanları bu hadisəni son illərdə əhalinin 2600-dən 2000-ə qədər kəskin azalması müşahidə edən şəhər üçün “xüsusi hədiyyə” adlandırıb.
Bununla yanaşı, sakinlər daha bir müsbət əlaməti qeyd ediblər: kəndin yeganə məktəbinə dörd yeni şagird qəbul olunub və bununla da şagirdlərin ümumi sayı 17-yə çatıb.
Son xəbərlər
Son Xəbərlər