“Qalatasaray”ın baş məşqçisi Okan Buruk həyat yoldaşından boşanıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş məşqçi ötən ay həyat yoldaşı Nihan Akkuş Buruk ilə 17 illik evliliklərini bitirib.
Bundan əvvəl onlar 2013-cü ildə boşanmaq üçün məhkəməyə müraciət etsələr də, sonradan bu qərardan daşınmışdılar.
Qeyd edək ki, cütlüyün Ali Yiğit adında 15 yaşlı oğlu var.




Son xəbərlər
Son Xəbərlər