18 ildir çıxış etdiyi komandada ilk qızıl medalını qazandı, ağladı - Foto

18-ildir-cixis-etdiyi-komandada-ilk-qizil-medalini-qazandi-agladi
Oxunma sayı: 2422

Ötən gün Türkiyə millisinin ABŞ-da keçirilən Millətlər Liqasında qalib olması ölkə tarixinə düşüb. “Qafqazinfo” xəbər verir ki, komanda ilk dəfə bu turnirin finalında rəqibini məğlub edərək qızıl medal qazanıb.

Komandanın kapitanı Eda Erdem də yığma ilə ilk qızıl medalına sevinib. İllərdir “ay ulduzlular”ın şərəfini qoruyan voleybolçu həlledici görüşdə sonuncu zərbəni yerinə yetirib. Onun xal qazandıran zərbəsindən sonra Türkiyə çempionluğu bayram edib.

18 ildir ki, Türkiyə millisində çıxış edən 36 yaşlı Eda ilk qızıl medalına ağlayaraq sevinib. O, sevinc göz yaşlarına hakim ola bilməyib.