İki gün əvvəl kanalda batan yeniyetmənin - Meyiti tapıldı

iki-gun-evvel-kanalda-batan-yeniyetmenin
Oxunma sayı: 3043

İyulun 12-də Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yeniyetmə batdığı yerdən təxminən 15 km aralı, Samur-Abşeron kanalının Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.