2016-cı ildə dolların məzənnəsi xeyli qalxacaq - “Bloomberg”

2016-ci-ilde-dollarin-mezennesi-xeyli-qalxacaq-
Oxunma sayı: 18432

ABŞ dolları cari ildə dünyanın əsas valyutalarına nisbətdə xeyli möhkəmlənəcək.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, müvafiq proqnoz “Bloomberg” agentliyinin mütəxəssisləri tərəfindən verilib.

Proqnoza əsasən, ABŞ dollarına nisbətdə avronun məzənnəsi 3 faizədək aşağı düşəcək. Yapon yeni ABŞ dollarına nisbətdə 3,5 faiz, İsveç kronu, Danimarka kronu və Avstraliya dolları təxminən 5 faiz zəifləyəcək. ABŞ milli valyutasına nisbətdə İsveçrə frankının məzənnəsi 6 faiz, Yeni Zelandiya dollarının isə 7,5 faiz aşağı düşəcək.

“Bloomberg” agentliyinin proqnozlarına əsasən, 2016-cı ilin yekunlarına görə, ABŞ dollarına nisbətdə Kanada dolları təxminən 3,5 faiz, funt sterlinq – 2,5 faiz, Norveç kronu isə 1,2 möhkəmlənəcək.

Ekspertlərin fikrincə, ABŞ dollarının gözlənilən möhkəmlənməsi 2015-ci ilin dekabrın ortalarında ABŞ-ın Federal Ehtiyat Sİsteminin uçot dərəcəsini artırması ilə əlaqədardır. Bu qərar son doqquz ildə ilk dəfə verilib. Ekspertlər 2016-cı ildə iqtisadi artımın davam edəcəyi təqdirdə uçot dərəcəsinin daha 4 dəfə artırılacağını proqnozlaşdırırlar.