Bakıda tikintidə faciə - Ölən var

bakida-tikintide-facie
Oxunma sayı: 1272

Bakıda tikintidə bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Badamdar qəsəbəsindəki tikinti meydançasında qeydə alınıb.

Belə ki, orada fəhlə kimi çalışan 1988-ci il təvəllüdlü Neftçala sakini Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı aşıb.

Nəticədə o, hadisə yerində vəfat edib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.