“Nazirlik olaraq 4 il ərzində 100 mindən artıq azərbaycanlı şagirdi innovativ təhsilə cəlb etmişik”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakı Ekspo Mərkəzində keçirilən “Beynəlxalq STEAM Azərbaycan Festivalı - SAF 2023”ün açılış mərasimində bildirib.
“2025 -ci ildə yeni yazılacaq elm və təhsil standartlarında STEAM-ın bəzi hissələrini milli kurikulum elementlərinə çevirmək istəyirik. Yeni standartlarda 3D robotexnika texnologiya fənninin məzmununa daxil ediləcək. Bu həm dərslik, həm də tədris proqramlarında öz yerini tapacaq.
İnanmaq istədiyimiz budur ki, gələcək nəsil ənənəvi olaraq humanitar və ya texniki hissələrə bölünməklə yox, hərtərəfli inkişaf eləsin. Şagirdləri ayrı-ayrı fənlərə bölmək ənənəvi metoddur. Yeni metod hərtərəfli, bütün fənləri əhatə edən inkişaf modelidir”, - deyə nazir vurğulayıb.
Zaur Mirzə