30 fələstinli azad edildi

30-felestinli-azad-edildi
Oxunma sayı: 807

İsrail hakimiyyəti 30 fələstinli girovu azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, onların olduğu avtobus Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi qruplarının müşayiəti ilə Ofer həbsxanasından çıxıb.

Xatırladaq ki, noyabrın 24-dən İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib. İsrailli və fələstinli girovların azad edilməsi və humanitar yardımın çatdırılması üçün nəzərdə tutulan atəşkəsin bir neçə gün də uzadılacağı gözlənilir.