32 il sonra şəhid oğlunun məzarını qucaqladı... - Foto

32-il-sonra-sehid-oglunun-mezarini-qucaqladi
Oxunma sayı: 4359

Birinci Qarabağ müharibəsi zamanı şəhid olan Qasımov Çingiz Musa oğlunun anası Şəfiqə xanım övladının məzarını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, ananın arzusu 32 il sonra reallaşıb.

Qeyd edək ki, Qasımov Çingiz 1991-ci ildə könüllülərdən ibarət batalyona yazılıb. O, Cəbrayılın Daşbaşı kəndi uğrunda gedən döyüşlərdə 21 yaşında şəhid olub. Şəhidimiz Cəbrayılın Şəhidlər xiyabanında torpağa tapşırılıb.