35 ildir ki, evli olan Vəliyev Malik və Vəliyeva Rahilə uzun müddətdir birgə fitnesslə məşğul olurlar.
“Qafqazinfo”nun növbəti xanım qəhrəmanı R. Vəliyeva 56 yaşının olmasına baxmayaraq, 5 il bundan qabaq idmana həvəsinin yarandığını qeyd edib. O, son 8 ay ərzində 65 yaşlı həyat yoldaşını fitnessə getməyə həvəsləndirə bilib.
Ailə soyuducularında köklü dəyişiklik etdiklərini, 12 ildir kərə yağı və şəkərdən uzaq durduqlarını deyir. Malik Vəliyev idmandan sonra şəkər və təzyiq problemlərindən azad olduğunu söyləyir.
Elvin Elxan
Fotolar-Video: Nuran Məmmədov