Rusiya Müdafiə Nazirliyi Ukrayna hərbi kampaniyası dövründə çəkdiyi xərclərin məbləğini ilk dəfə olaraq rəsmi şəkildə dərc edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Müdafiə naziri Andrey Belousovun sözlərinə görə, müdafiə xərcləri ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 5,1 faizini təşkil edib.
“Rusiya İqtisadi İnkişaf Nazirliyinin bu il üçün ÜDM proqnozunun 217,3 trilyon rubl (təxminən 4.63 trilyon AZN) olduğunu nəzərə alsaq, bu, hərbi əməliyyatlara təxminən 11,1 trilyon rubl (təxminən 236.4 milyard AZN) və ya 137,8 milyard ABŞ dolları vəsait xərcləndiyi deməkdir”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyanın Ukraynadakı hərbi kampaniyasına dair bu cür detallı statistika ilk dəfədir ictimaiyyətə təqdim olunur. İndiyədək rəsmi qurumlar təfərrüatları açıqlamadan yalnız “dövlət müdafiəsi” maddəsi altında ümumi büdcə xərclərini qeyd etməklə kifayətlənirdilər.
Son xəbərlər
Son Xəbərlər