4 otaqlı ev yandı, meyit tapıldı

4-otaqli-ev-yandi-meyit-tapildi
Oxunma sayı: 1585

Biləsuvarda evdə yanğın olub, ölən var. 

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Biləsuvar şəhərində birmərtəbəli 4 otaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin dam örtüyü yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.