4 yaşlı oğlan qızılcadan öldü

4-yasli-oglan-qizilcadan-oldu
Oxunma sayı: 1876

Bu gün Gəncədə azyaşlı qızılcadan vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 2019-cu il təvəllüdlü H. Allahyarovun səhhəti qızılca xəstəliyi səbəbindən ağırlaşıb.

O, yaşadığı Şəmkir rayonundan Gəncə şəhərinə aparılarkən yolda ölüb.

Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son 1 ayda Azərbaycanda 6 azyaşlı qızılcadan vəfat edib.