Bir vaxtlar Türkiyənin maraqla izlənilən “Yaprak Dökümü” serialında Sedef obrazını canlandıran Seda Demir paylaşımları ilə diqqət çəkib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı aktrisanın sosial media hesabında paylaşdığı fotolara minlərlə bəyənmə gəlib.
Belə ki, aktrisanın gənc görünüşü izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Seda Demirin ilk film təcrübəsi 2015-ci ildə çəkilmiş “Evlənmədən Olmaz” olub. Aktrisaya məşhurluğu isə Sedef obrazı gətirib.






Son xəbərlər
Son Xəbərlər