“4400 məktəbdən 1500-nün bağlanması planlaşdırılır”

4400-mektebden-1500-nun-baglanmasi-planlasdirilir
Oxunma sayı: 4524

“Yeni məktəbəqədər və orta təhsil müəssisələri inşa edilməlidir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.  

“Əksər ərazilərdə ciddi şagird sıxlığı var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır.

Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına gətirib çıxaracaq”, - deyə deputat bildirib.

Nuranə Daxilqızı