5 aptekə protokol tərtib edildi

5-apteke-protokol-tertib-edildi
Oxunma sayı: 296

Bakı və bölgələrdə 5 aptekdə çatışmazlıqlar aşkar olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, 2025-ci ilin noyabr ayında 28 aptekdə yoxlama aparılıb:

“Yoxlanış aparılan apteklərdən 24-ü Bakıda, qalan dördü isə ölkənin digər şəhər və rayonlarında baş tutub. Mərkəz tərəfindən 22 aptekdə planlı, 6 aptekdə isə plandankənar yoxlamalar aparılıb. 

Monitorinq zamanı beş aptekdə çatışmazlıqlar aşkar edilməsi ilə İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollar tərtib edilib”.