55 yaşlı qadın inyeksiyadan şoka düşüb öldü

55-yasli-qadin-inyeksiyadan-soka-dusub-oldu
Oxunma sayı: 4728

Hacıqabul sakini inyeksiyadan şoka düşərək vəfat edib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki,  1969-cu il təvəllüdlü Rəhimova İlhamə Seyran qızına Hacıqabul rayon xəstəxanasında antibiotik inyeksiya edilib.

Nəticədə pasiyent anaflaktik şoka düşərək ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.