6 yaşlı uşağı it dişlədi

6-yasli-usagi-it-disledi
Oxunma sayı: 1056

Zaqatalada 6 yaşlı uşağı it dişləyib.

“Qafqazinfo” xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Yolayrıc kənd sakini, 2013-cü il təvəllüdlü Diniyev Xalid Soltan oğluna küçədə it hücum edib.

Uşaq yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

X.Diniyevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Mübariz Muradov