Ukraynanın xarici işlər naziri Andrey Sibiqa azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, ukraynalı nazir bu barədə “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
Sibiqa qeyd edib ki, tərəflər iki ölkə arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini geniş müzakirə ediblər. Nazirlər ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı sadiqliklərini bir daha təsdiqləyiblər.
Danışıqlar zamanı həmçinin qlobal gündəlikdə duran bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Buraya təhlükəsizlik çağırışları, regional bağlılıq, eləcə də nəqliyyat marşrutlarının və dəhlizlərinin inkişafı daxildir.
***
XİN-dən bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.
Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər