Beyləqan rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki “VAZ-2107” və bir “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində avtomobillərdən birində olan sərnişin — 1990-cı il təvəllüdlü Fariz Qardaşxanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, avtoqəza hadisəsi səbəbilə 1 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1990-cı il təvəllüdlü şəxsə alın nahiyyəsinin əzilmiş-sıyrılmış yarası, sol əlin kəsilmiş açıq yarası və sol dizin sıyrılmış yarası diaqnozu təyin edilib.
Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirməsi üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Ziya Əmirxanlı


Son xəbərlər
Son Xəbərlər