ABŞ Müdafiə Nazirliyi İranla bağlı hərbi əməliyyat zamanı hərbçilərin istehlak etdiyi qəhvə miqdarını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Den Keyn keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, “Epik qəzəb” əməliyyatı dövründə şəxsi heyət 3,5 milyon litrdən çox qəhvə içib.
Onun sözlərinə görə, əməliyyat müddətində ümumilikdə 6 milyondan çox yemək paylanıb, təxminən 950 min qallon (3,5 milyon litr) qəhvə və 2 milyona yaxın enerji içkisi istehlak olunub.
General qeyd edib ki, hərbçilər tərəfindən xeyli miqdarda nikotin məhsulları da istifadə edilib.
“Bütün bunlara baxmayaraq, şəxsi heyət arasında ciddi sağlamlıq problemləri qeydə alınmayıb”, - deyə o vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər