Zaqatalada 60 yaşlı qadın ehtiyatsızlıqdan qolunu kəsib.
"Qafqazinfo" nun məlumatına görə hadisə rayonunun Muxax kəndində baş verib. Kənd sakini 1962-ci il təvəllüdlü Aşurey Qədirova fındıq bağında həyat yoldaşı ilə təmizlik işləri aparan zaman ehtiyatsızlıqdan ot biçən sağ yuxarı ətrafın bazu və dirsək nahiyəsini kəsib.
Hadisə zamanı ağır xəsarət alan A.Qədirovaya Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərilib. Daha sonra müayinə və müalicəsini davam etdirmək üçün o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Məmmədov
Son xəbərlər
Son Xəbərlər