64 yaşlı kişini maşın vurub öldürdü

64-yasli-kisini-masin-vurub-oldurdu
Oxunma sayı: 1163

Qaxda 64 yaşlı kişini minik avtomobili vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında şəhərin H.Əliyev prospektində baş verib.

Belə ki, Qax şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Tağıyevi maşın vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan 64 yaşlı kişi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov