Abazyan öz vəzifəsinə qaytarıldı - Yenilənib

abazyan-oz-vezifesine-qaytarildi
Oxunma sayı: 2331

Armen Abazyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müvafiq Fərmanı Prezident Vaaqn Xaçatryan imzalayıb.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan Armen Abazyanı yenidən ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə təyin edib.

Ermənistan Prezidentinin imzaladığı qərar texniki xarakter daşıyıb. Belə ki, Ermənistanda “milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna dəyişikliklərə görə, MTX rəhbərini prezident deyil, Baş nazir təyin edir. A.Abazyan isə sözügedən vəzifəyə 2020-ci il noyabrın 8-i Ermənistanın o dövrdəki Prezidenti Armen Sarkisyan tərəfindən təyin edilmişdi.