Abel Məhərrəmova ağır itki - Qardaşı iş başında dünyasını dəyişdi

abel-meherremova-agir-itki
Oxunma sayı: 14327

Bakı Dövlət Universitetinin (BDU)  rektoru, akademik, keçmiş deputat Abel Məhərrəmova ağır itki üz verib.

 “Qafqazinfo”nun Modern.az-a istinadən verdiyi məlumata görə, A. Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov bu gün vəfat edib. O, bir ay öncə ürəyindən əməliyyat olunubmuş. 

Xəbəri BDU-dan təsdiqləyiblər. 

Məhərrəm Məhərrəmov sabah Mehdiabad qəbiristanlığında dəfn olunacaq. Mərhumun atası və anası da eyni qəbiristanlıqda dəfn olunub.
 
Qeyd edək ki, M.Məhərrəmov 1956-cı ildə anadan olub. O, Prezident Adminstrasiyasında məsul vəzifədə idi. M. Məhərrəmov  2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Eyni zamanda 2016-cı ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
 
Allah rəhmət eləsin!

***

“İnterpress.az” xəbər verir ki, Məhərrəm Məhərrəmov Prezident Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib. Məhrum bu gün ürək tutmasından iş başında vəfat edib.