AFFA İntizam Komitəsi II Liqanın 22-ci turunun “Araz-Saatlı” – “Göygöl” oyununda baş verən neqativ hallara hüquqi qiymət verib.
“Qafqazinfo” xəbər verir ki, görüş bitdikdən sonra “Araz-Saatlı”nın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov rəqib oyunçuları, hakimləri təhqir və təhdid edib. Buna görə o, 5 oyunluq cəzalandırılıb, klub isə 1000 manat cərimələnib.
Bundan başqa, “Araz-Saatlı”nın futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir edib. Oyunçu 4 matçlıq diskvalifikasiyaya, komandası isə daha 1000 manatlıq cəriməyə məruz qalıb.
Son xəbərlər
Son Xəbərlər