2026-cı ilin birinci yarısında Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqlara ümumilikdə 463 965 nəfər ziyarətçi gəlib.
Bu barədə “Qafqazinfo”ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 342 305 nəfəri muzeyləri, 121 660 nəfəri isə qoruqları ziyarət edib:
“Rəqəmsal platformalar vasitəsilə 138 718 bilet və ekskursiya xidməti satılıb. Qoruqlar arasında ən çox ziyarət edilən məkan 63 906 ziyarətçi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu olub. Onu Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi” izləyib”.
Son xəbərlər
Son Xəbərlər