Abramoviç Bakıda - Fotolar

abramovic-bakida
Oxunma sayı: 7501

“Çelsi”nin sahibi Roman Abramoviç Avropa Liqasının final oyununu izləmək üçün Bakıdadır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Corierre dello Sport” məlumat yayıb. 

Biznesmen komandasının qaldığı oteldə görüntülənib. 

Qeyd edək ki, bu gün Abramoviçin klubu Bakıda “Arsenal”la final qarşılaşmasına çıxacaq. 

Abramoviç 2003-cü ildə “Çelsi”ni alıb. Bu müddət ərzində klub beş dəfə İngiltərə çempionu olub, həmçinin Çempionlar Liqası və Avropa Liqasını qazanıb.