ABŞ-da azərbaycanlı evində güllələndi - Video

abs-da-azerbaycanli-evinde-gullelendi
Oxunma sayı: 8257

ABŞ-ın Pensilvaniya ştatının Vayomissinq rayonunda Nail Salamov adlı Azərbaycan vətəndaşının evinə silahlı basqın olub.

“Qafqazinfo”nun “6abc.com”a istinadən verdiyi xəbərə görə, hadisə mayın 7-də saat 22:00 radələrində Birçvud küçəsində yerləşən evdə baş verib.

Polisin məlumatına görə, iki qaradərili silahlı şəxs 37 yaşlı azərbaycanlının evinə daxil olub. Bu zaman Salamov yataq otağında olub. Cinayətkarlar onu qolundan yaralayıblar.

Qeyd olunur ki, insident Nail Salamovun 8 və 10 yaşlı uşaqlarının gözü qarşısında törədilib. Onlara xəsarət yetirilməyib. 

Bildirilir ki, Salamov atası və uşaqları ilə birlikdə yaşayırmış. Atası hadisə baş verən saatda işdə olub.

Salamov “Redinq” xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.