ABŞ-da liseyə silahlı hücum - Yaralılar var

abs-da-liseye-silahli-hucum
Oxunma sayı: 913

ABŞ-ın Tennessi ştatında bir liseyə silahlı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ştatın Noksvil şəhərində baş verən hücumda biri polis olmaqla, çox sayda insanın vurulduğu bildirilib.

Polisin açıqlamasına görə, Austin-İst Maqnet adlı liseyə təhlükəsizlik qüvvələri cəlb edilib.

“Aralarında bir polisin də olduğu bir çox şəxsin hücumun qurbanı olduğu bildirilir. Hazırda istintaq davam edir”, - açıqlamada deyilir.

Ştatın qubernatoru Bill Li hadisə ilə əlaqədar məlumatlandırılıb.