ABŞ-də 3 minə yaxın aviareys ləğv olunub

abs-de-3-mine-yaxin-aviareys-legv-olunub
Oxunma sayı: 1143

Ötən sutkada ABŞ-nin hava limanlarında 3 minə yaxın reys ləğv edilib və 9 mindən çox reys gecikib.

“Qafqazinfo” “ABC News” telekanalına istinadən xəbər verir ki, buna səbəb qeyri-sabit hava şəraiti olub.

Nyu-Yorkda “JFK” beynəlxalq aeroportunda 168 reys ləğv olunub, 314 təyyarə isə gecikmə ilə havaya qalxıb. Meqapolisin “LaGuardia” aeroportunda 142 reys ləğv edilib, “Newark Liberty”də isə 249 reys təxirə salınıb.

Telekanalın məlumatına görə, fövqəladə vəziyyət ölkənin şimal-şərqindəki leysan və Virciniya, Pensilvaniya və Nyu-Cersi ştatlarındakı daşqınlarla əlaqəli olub.

Daha əvvəl Nyu-York ştatının qubernatoru Keti Hokul təhlükəli hava şəraiti ilə bağlı bir neçə dairədə fövqəladə vəziyyət elan edib.