ABŞ-dən Ukraynaya növbəti yardım dəstəyi

abs-den-ukraynaya-novbeti-yardim-desteyi
Oxunma sayı: 1772

ABŞ Ukraynaya 2,6 milyard dollar dəyərində növbəti hərbi yardım paketi ayırmaq niyyətindədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeni paketlə bağlı qərar aprelin 3-də veriləcək.

Yeni paketə hava hücumundan müdafiə radarları, tank əleyhinə raketlər, yanacaq daşıyan maşınlar, bərpa maşınları və tanklar, aviasiya və NASAMS zenit-raket sistemləri daxildir.