ABŞ-ın Bağdaddakı hərbi bazasına raket atıldı - Video

abs-in-bagdaddaki-herbi-bazasina-raket-atildi
Oxunma sayı: 1550

ABŞ-ın Bağdaddakı səfirliyi ərazisinə və “İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə üzrə koalisiyasının hərbi bazasına raketlər atılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” “Al-Arabiya” və “Agence France-Presse”ə istinadən xəbər verib.

Koalisiyanın nümayəndəsi, polkovnik Mayls Kaqqinsin sözlərinə görə, insident fevralın 16-da saat 03:24 radələrində qeydə alınıb. Hadisə nəticəsində həyatını itirən olmayıb.

O, digər təfərrüatlar barədə danışmayıb.