ABŞ İraqda hərbi missiyalarda iştirak etməyəcək

abs-iraqda-herbi-missiyalarda-istirak-etmeyecek
Oxunma sayı: 835

“İraqla gələcək əməkdaşlığımız bu ölkənin güc strukturlarının təliminə və İŞİD-lə mübarizə yönündə yönlənəcək. Ancaq heç bir hərbi missiyada iştirak etməyəcəyik”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden İraqın Baş naziri Mustafa əl-Kazımi ilə görüşündə deyib.

“Düşünürəm ki, işlər yaxşı gedir. Bizim İraqdakı rolumuz təlimlərə və İŞİD-lə mübarizəyə yardım olacaq, hər hansı hərbi missiyada iştirak etməyəcəyik”, - deyə Ağ Ev rəhbəri qeyd edib.