ABŞ Laçın və Ağdam yolu ilə Qarabağa yüklərin daşınmasını alqışlayır

abs-lacin-ve-agdam-yolu-ile-qarabaga-yuklerin-dasinmasini-alqislayir
Oxunma sayı: 1938

“Amerika Birləşmiş Ştatları bu gün həm Laçın, həm də Ağdam yolu ilə Qarabağa mühüm humanitar yüklərin daşınmasını alqışlayır”.

“Qafqazinfo” xəbər verir ki, bunu  ABŞ dövlət katibi Entoni Blinken “X” sosial şəbəkə hesabında yazıb.

“Biz humanitar yardım axınını artırmaq üçün birbaşa danışıqları təşviq edirik”, - Blinken əlavə edib.

Qeyd edək ki, sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük avtomobilləri keçib.